Azərbaycanda İrandan idxal artıb və ixrac azalıb.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ölkəmizə İrandan idxal bu ilin yanvar-may ayında 155 milyon 892 min ABŞ dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım olması deməkdir.
Qeyd edək ki, cari ilin ilk 5 ayında Azərbaycandan İrana ixrac 11 milyon 595 min ABŞ dolları olub ki, 2020-ci ilə nisbətən 11% azalmadır.