27 C
Baku
Saturday, July 27, 2024

İrandan müsadirə olunan silahlar Ukraynaya veriləcək

ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya təhvil verməyi planlaşdırır.

Bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Amerika komandanlığı qərarı bu həftə açıqlayacaq.

CNN qeyd edir ki, BMT müsadirə edilmiş silahların məhv edilməsini və ya saxlanmasını tələb edir, ABŞ prezidenti Co Baydenin administrasiyası isə silahları Ukrayna hərbçilərinə göndərməyə çalışır. Hazırda silahlar ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının obyektlərində saxlanılır.

2023-cü ilin yanvarında ABŞ ordusu İrandan Yəmənə göndərilən silahları müsadirə edib.

Bu silahlara 3 min avtomat, 578 min patron və 23 tank əleyhinə idarə olunan raket daxildir.

Son xəbərlər
Digər xəbərlər