10 C
Baku
Thursday, December 12, 2024

İrandan neft idxalını dayandırmış ölkələrin sayı 23-ə çatıb

İrandan neft idxalını tamamilə dayandıran ölkələrin sayı 23-ə çatıb.

Banker.az xəbər verir ki, bu, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook tərəfindən 2 aprel çərşənbə günü elan edilmişdir.

“Deyə bilərəm ki, onlardan üçü demək olar ki, İrandan neft idxal etmirlər. Bu, əvvəllər İran neftini idxal edən, lakin hal-hazırda idxalını tamamilə dayandıran ölkələrin sayını 23-ə çatdırır”.

2018-ci ilin 8 may tarixində ABŞ prezidenti Donald Trump Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniya tərəfindən imzalanan Ortaq Kompleks Tədbirlər Planından (IFAP) çıxdığını elan edib. Bu müqavilə İran üzərində nüvə fəaliyyətinin məhdudlaşdırılması öhdəliyini qoymuşdur. Bunun müqabilində isə ölkəyə qarşı iqtisadi və siyasi sanksiyaların ləğv edilməsi vəd edilmişdir.

Bir müddət sonra Vaşinqton Tehrana qarşı sanksiyaların bərpa edib, sanksiyalar İslam Respublikasının neft sektorunu da əhatə edir.

Son xəbərlər
Digər xəbərlər