10 C
Baku
Thursday, December 12, 2024

İranı Rusiya ilə birləşdirən “körpü” təhlükə altındadır

Rusiya və İran yaxın müddətdə strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir neçə gün əvvəl Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla müzakirə aparıblar. Sazişin yaxın aylarda imzalanacağı planlaşdırılır.

Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi iki ölkə arasında 2001-ci ildə imzalanan əməkdaşlıq sazişini əvəz etməlidir. Bu müddətdə İran Rusiyanın tərəfdaşından strateji tərəfdaşına çevrilib. Ona görə də Moskva və Tehran yeni sazişə ehtiyac duyurlar.

Moskva Qərbə qarşı mübarizədə İran və Çinlə üçlü koalisiya formalaşdırmaq istəyir. Tehran da bu koalisiyada maraqlıdır. İran 2021-ci ildə Çinlə, 2022-ci ildə Venesuella ilə strateji tərəfdaşlıq tərəfdaşlıq sazişi imzalayıb. Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı şərhində qeyd edib ki, Venesuella ilə İranı sadəcə “anti-Amerika siyasəti” birləşdirir.

Tehranla Pekini isə anti-Amerikan siyasəti ilə yanaşı dərin iqtisadi və ticarət əlaqələri birləşdirir. Çin yaxın illərdə İrana böyük yatırımlar həyata keçirməlidir. Bundan başqa Çin İrandan ucuz neft almaqda maraqlıdır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırmaq çalışmaları da Çinin Avrasiya bölgəsində artan rolundan xəbər verir.

Screenshot 2023 04 05 120908

Rusiya ilə İran arasında 2022-ci ildə ticarət mübadiləsi 15 faiz artaraq 5 milyard dollara çatıb. Moskva növbəti mərhələdə İranla Şimal-Cənub nəqliyyat dəhlizini reellaşdırmaq istəyir. Rusiya bu dəhliz vasitəsilə Asiyanın uzaq ölkələri ilə ticarət mübadiləsini artırmağı planlaşdırır. Bu məqsədlə İran ərazisində 2025-ci ilə qədər Rəşt-Astara dəmiryolu tikilməlidir.

“Ancaq Moskvanın bu planları hazırda təhlükə altındadır”- deyə, Elxan Şahinoğlu bildirir.

Şahinoğlu bunu İranın Azərbaycana qarşı artan təxribatları ilə əlaqələndirib və deyir ki, “iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Tehran Azərbaycanın İsraillə artan əməkdaşlığının əleyhinə açıqlamalar verməkdə davam edir. Bakıda azərbaycanlı deputata qarşı terror aksiyasında İranın adı hallandırılır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında terror aksiyasının arxasında İranın olduğu bildirilib.

“Belə vəziyyətdə Azərbaycandan da keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi suallar doğurur. Bu layihənin işə düşməsi üçün İran Azərbaycana qarşı təxribatları dayandırmalı və münasibətlərin normallaşdırmasına çalışmalıdır. Ancaq Tehran bunları etmir”.

Son xəbərlər
Digər xəbərlər