15 C
Baku
Sunday, November 24, 2024

İranı Suriya ilə birləşdirəcək dəmir yolu işə salınacaq

İran və Suriya arasında İran, Suriya və İraqı birləşdirən dəmir yolunun işə salınması gündəliyi ilə bağlı Dəməşqdə sektor idarələrinin rəhbərləri səviyyəsində danışıqlar aparılıb.

Rəsmi məlumata görə, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi ilə Suriyanın nəqliyyat naziri Züheyr Xazim arasında danışıqların məqsədi üçtərəfli dəmir yolunun işə salınması perspektivlərini müzakirə etmək olub.

Bu, üç ölkə arasında yük və sərnişin daşımaları, bu da öz növbəsində üçtərəfli ticarət-iqtisadi əlaqələri gücləndirəcək.

İrandan başlayaraq sözügedən dəmir yolu İraqın Bəsrə şəhərinə çatacaq, oradan da Şalamçe dəmir yolu ilə Suriyaya gedəcək.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər