25 C
Baku
Saturday, July 27, 2024

İranın Azərbaycana göndərdiyi kartof yarasız çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm – kartofun qonur çürüməsi (fitopatogen bakteriyalar: Ralstonia solanacearum (Smith) Yabuuchi et al) aşkar olunub.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 71100 kq ərzaqlıq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Son xəbərlər
Digər xəbərlər