8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

İranın Azərbaycandakı bankı 2021-ci ili 2 milyon manat zərərlə başa vurdu

İran Milli Bankının Bakı filialı 2021-ci ili 1 milyon 960 min manat mənfəətlə başa vurub. Halbuki, filial 2020-ci ildən 784 min manat xalis mənfəətlə çıxmışdı.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin yanvar-dekabr aylarında İran bankının faiz gəlirləri 3 milyon 443 min manat (illik müqayisədə 25% çox), faiz xərcləri 300 min manat (19% çox), xüsusi ehtiyatlara ayırmaları 3 milyon 733 min manat (10.3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə İran bankının aktivləri 86 milyon 841 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 7.3% azdır. Bunun 9 milyon 845 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 1.8 dəfə böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 9% azalaraq 51 milyon 422 min manat,balans kapitalı isə 5.2% azalaraq 51 milyon 422 min manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73.611 milyon manatdır.

Onu da qeyd edək ki, Bank Melli İran Bakı filialı 2021-cı ilin zərərinin təfsilatına dair bildirir ki, bu zərər lisenziyası ləğv edilmiş banklara qarşı tələblər müqabilində götürülmüş əmlakların balansda qalan hissəsi üzrə yaradılmışdır. Bu ehtiyyatların kökü 2015-ci ildən qabaq yaranan problemlərdən qaynaqlanır, bankın 2021-ci ildə fəaliyyətini heç bir tərzdə xarakterizə etmir.

i1 i2

 

Son xəbərlər
Oxşar xəbərlər