İranın Azərbaycandakı bankı bu il kiçilib

İran Milli Bankının Bakı filialı bu ilin I yarımilliyini 575 min 159 manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 461 min manat xalis mənfəətlə çıxmışdı.

Banker.az xəbər verir ki, yanvar-iyun aylarında İran bankının faiz gəlirləri 1 milyon 704 min manat (illik müqayisədə 33% çox), faiz xərcləri 161 min manat (64% çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə İran bankının aktivləri 90 milyon 641 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 3.3% azdır. Bunun 8 milyon 180 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 6 ayda Bakı filialının kredit portfeli 1.6 dəfə böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 25% azalaraq 19 milyon 694 min manata, , balans kapitalı isə 2% artaraq 37 milyon 954 min manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.