İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb.
Yeni səfir Müctəba Dəmirçili olacaq.
Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri Avrasiya üzrə mütəxəssisdir.
O, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyin edildiyini bildirib, ancaq onun adı açıqlanmayıb.