“Bank Melli İran” Bakı filialı 2025-ci ilin ilk rübünü (yanvar-mart) 1 milyon 529 min manat xalis mənfəət ilə başa vurub. Filial 2024-cü ilin eyni aylarını 2 milyon 490 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 39% azalma deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin yanvar-mart aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 1 milyon 151 min manat ikən, bu ilin 3 ayında 1 milyon 384 min manata qalxıb.
Cari ilin aprel ayının 1-nə İran bankının aktivləri 119 milyon 977 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 0.7% çoxdur. Bunun 1 milyon 205 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bakı filialının kredit portfeli 19.5% azalıb.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 69 milyon 506 min manat, cəmi kapitalı 50 milyon 471 min manat, yığılmış zərəri isə 23 milyon 141 min manat təşkil edib.