14 C
Baku
Saturday, November 23, 2024

İranın Azərbaycandakı bankı kiçilib

İran Milli Bankının Bakı filialı ötən ili 1 milyon 867 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 1 milyon 960 min manat zərərlə çıxmışdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

İran bankının faiz gəlirləri 3 milyon 477 min manat (illik müqayisədə 0.9% çox), faiz xərcləri 231 min manat (23% az) təşkil edib. Bakı filialı 228 min manat mənfəət vergisi ödəyib.

Bu il yanvarın 1-nə İran bankının aktivləri 96 milyon 621 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 11.3% çoxdur. Bunun 9 milyon 467 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 4% kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 15.4% artaraq 59 milyon 335 min manata, kapitalı isə 5.3% artaraq 37 milyon 286 min manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.

bb

kt

Son xəbərlər
Digər xəbərlər