İranın Azərbaycandakı bankının mənfəəti 13% azalıb

“Bank Melli İran” Bakı filialı 2026-cı ilin ilk rübünü 1 milyon 328 min manat xalis mənfəət ilə başa vurub. Filial 2025-ci ilin ilk rübünü 1 milyon 529 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 13% azalma deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2025-ci ilin yanvar-mart aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 1 milyon 384 min manat ikən, 2026-cı ilin eyni aylarında 1 milyon 355 min manata düşüb.

Cari ilin aprel ayının 1-nə İran bankının aktivləri 121 milyon 80 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 0.6% çoxdur. Bunun 2 milyon 66 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bakı filialının kredit portfeli 10.5% azalıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 66 milyon 399 min manat, cəmi kapitalı 54 milyon 681 min manat, yığılmış zərəri isə 18 milyon 930 min manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər