5 C
Baku
Friday, January 16, 2026

İranın Azərbaycandakı bankının mənfəəti 40%-dən çox azalıb

“Bank Melli İran” Bakı filialı 2025-ci ili 4 milyon 411 min manat xalis mənfəət ilə başa vurub. Filial 2024-cü ili 7 milyon 716 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 43% azalma deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 5 milyon 70 min manat ikən, 2025-ci ildə 5 milyon 667 min manata qalxıb.

Cari ilin yanvar ayının 1-nə İran bankının aktivləri 120 milyon 291 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 1% çoxdur. Bunun 2 milyon 309 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 54.3% artıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 66 milyon 938 min manat, cəmi kapitalı 53 milyon 353 min manat, yığılmış zərəri isə 20 milyon 259 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər