33 C
Baku
Friday, July 5, 2024

İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır

İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır.

İranın xarici ölkələrdəki bütün diplomatik nümayəndəliklərində 14-cü prezident seçkilərinə hazırlıq işləri eyni vaxtda aparılır.

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi bildirir ki, İran vətəndaşları Şərifzadə küçəsi, 269 ünvanında – İran səfirliyinin konsulluq binasında açılacaq seçki məntəqəsində səs verə bilərlər.

İran Konstitusiyasının Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;

Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;

Əlirza Zakani – Tehran meri;

Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;

Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri;

Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavini.

Son xəbərlər
Digər xəbərlər