10 C
Baku
Thursday, December 12, 2024

İranın Bakıdakı bankı kiçilib, gəlirləri azalıb

“Bank Melli İran” Bakı filialı 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 2 milyon 794 min manat xalis mənfəət ilə başa vurub. Filial 2022-ci ilin eyni aylarını 1 milyon 357 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin yanvar-sentyabr aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2 milyon 389 min manat ikən, bu ilin 9 ayında 2 milyon 148 min manata düşüb.

Bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 79 milyon 586 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 18% azdır. Bunun 5 milyon 636 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 40.4% kiçilib.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Son xəbərlər
Digər xəbərlər