13 C
Baku
Friday, November 22, 2024

İranın Bakıdakı bankının yığılmış zərəri 30 milyon manat olub

“Bank Melli İran” Bakı filialı 2024-cü ilin ilk rübünü (yanvar-mart) 2 milyon 490 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni aylarını 621 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 4 dəfə çoxdur.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin yanvar-mart aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 798 min manat ikən, bu ilin 3 ayında 1 milyon 151 min manata qalxıb.

Bu il aprel ayının 1-nə İran bankının aktivləri 114 milyon 827 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 6% azdır. Bunun 3 milyon 203 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bakı filialının kredit portfeli 22% kiçilib.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 71 milyon 180 min manat, cəmi kapitalı 43 milyon 647 min manat, yığılmış zərəri isə 29 milyon 964 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər