22 C
Baku
Saturday, July 13, 2024

İranın bir milyon barel nefti “əlində qalıb”, sata bilmir

İran bir milyon barel neftini sata bilməyib

Banker.az xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb.

Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib.

©report.az

Son xəbərlər
Digər xəbərlər