3 C
Baku
Saturday, December 14, 2024

İranın bu ölkədə yeganə bankının lisenziyası ləğv edilib

Əfqanıstan Mərkəzi Bankı ölkə ərazisində fəaliyyət göstərən yeganə İran bankının əməliyyat lisenziyasını ləğv edib. Buna “Arian Bank”ın yerli hökumətin təlimatlarına əməl etməməsi səbəb olub.

TASS-a istinadən, bu barədə bazar günü Əfqanıstan Mərkəzi Bankının bəyanatına istinadən “Khaama Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Arian Bank”ın lisenziyası geri çağırılır, çünki bu maliyyə müəssisəsi qanunlara riayət etmir və Mərkəzi Bank və Əfqanıstan hökumətinin normativ aktlarını yerinə yetmir”.

Məlumata görə, buna başqa bir səbəb isə İran bankının ölkənin iqtisadi inkişafına heç bir töhfə verməməsidir.

“Arian Bank” Əfqanıstanda 2004-cü ildən fəaliyyət göstərib.

Report

Son xəbərlər
Digər xəbərlər