12 C
Baku
Sunday, October 27, 2024

İranın Çinə neft satışını gücləndirməsi xəbəri qiymətləri təzyiq altında saxlayır

İran neftinin Çinə axını barədə yayılan məlumatlardan sonra OPEC+ alyansının hasilatı azaltmaqla qiymətlərə təsiretmə effektini bir qədərə mürəkkəbləşdirməyə başladı.

Çin dünyanın ən böyük neft alıcısı kimi sanksiyaya məruz qalmış gündəlik həcmi 1 milyon barrelə yaxın xam neftin idxalını hazırda həyata keçirməkdədir.

Brent neftinin bir barreli birjalarda 70 dollar olduğu bir zamanda, eləcə də neftə tələbin sürətləndiyi və təchizatın  OPEC+ tərəfindən daraldığı bir vaxta, alyansın qiymətləri idarəetmə imkanlarını əlindən ala bilər.

Artıq cari həftədə neftin qiymətlərindəki 69 dolların altında olan “lövbər” qiymətlər də buna bir misal kimi çəkilə bilər.

London Qitələrarası Fond Birjasında (ICE) Brentin may fyuçersləri üçün bir barreli 68.25 dollar olub. Bu da 0.14 dollar, yaxud 0.20% ucuzlaşma deməkdir.

Nyo-Yorkun Əmtəə Birjasında (Nymex) WTI neftinin aprel fyuçersləri üçünbir barrelinin qiyməti 64.76 dollar olub, bu da 0.04 dollar, yəni 0.06% ucuzlaşmadır.

İran özü də Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olsa da, hasilatın azaldılması şərtlərinə qoşulmayan ölkədir. Çin isə hazırda ucuz nefti üstün tutması OPEC+ alyansının bazardakı qiymətlərlə bağlı siyasətinə təsiredici imkanları üçün böyük əngəllər yaratmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər