İranın 1981-ci ildə ABŞ banklarında dondurulmuş 400 milyon dolları faizi ilə birlikdə – 1 milyard 700 milyon dollar həcmində qaytarılacaq.
İran mətbuatının yaydığı məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri yazılı açıqlamasında bildirib. Bu pulların İranın Mərkəzi Bankına köçürülməsi nəzərdə tutulub.