İranın energetika naziri Əli Əkbər Mehrabian bu gecə Azərbaycana gələcək.
Bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Nazir Azərbaycana bir günlük səfərə gələcək. Onun ölkə rəsmiləri ilə görüşləri iyulun 6-da baş tutacaq.
Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması planlaşdırılır.