15 C
Baku
Friday, April 26, 2024

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya səfər edəcək

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrominin dekabrın əvvəlində Bakıya səfər edəcəyi gözlənilir.

O, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edəcək.

Qeyd edək ki, M.Cahromi 2017-ci ilin avqustunda İKT naziri təyin olunduqdan sonra hər il sərgidə iştirak edir.

Qeyd olunur ki, İran hökuməti yerli texnologiya şirkətlərinə və startaplara “BakuTel-2019″da iştirak etmək üçün dəstək verir. İran İnformasiya Texnologiyaları Təşkilatı, Milli İnnovasiya Fondu və Elm və Texnologiya üzrə vitse-prezident Bürosu yerli texnologiya şirkətlərinə və startaplara sərgidə iştirak etmək üçün maliyyə dəstəyi göstərəcək.

Xatırladaq ki, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi dekabrın 3-dən 6-dək Bakıda keçiriləcək.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər