13 C
Baku
Saturday, November 23, 2024

İranın İsrailə raket hücumu fonunda Avropada qaz üç faiz bahalaşıb

İranın İsrailə raket hücumundan sonra Avropada qazın qiyməti üç faiz bahalaşıb.

Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçerslərinin qiyməti təxminən 460,6 dollara qədər yüksəlib.

Bir müddət öncə, “Tasnim” agentliyi İran raketlərinin Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını vurduğu barədə məlumat yayıb. Eyni zamanda, ABŞ-ın “Chevron” kompaniyası (İsrail şelfinin ən böyük payçılarından biri) İsraildəki vəziyyətlə əlaqədar ehtiyat tədbiri olaraq “Leviafan” və “Tamar” qaz platformalarının fəaliyyətini müvəqqəti dayandırdığını bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər