24 C
Baku
Sunday, June 22, 2025

“İranın İsrail və ABŞ-nin məhv etdiyi müzakirə masasına qayıtması mümkün deyil”

İranın İsrail və ABŞ tərəfindən məhv edilən müzakirə masasına qayıtması mümkün deyil.

Bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ötən həftə İran ABŞ ilə müzakirə aparmaqda idi. Belə bir halda İsrail diplomatiyanı məhv etməyə qərar verdi.

Araqçi qeyd edib ki, bu həftə də İran 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) və Avropa İttifaqı ilə dialoq aparılan vaxtda ABŞ diplomatiyanı məhv etməyə qərar verdi.

“Böyük Britaniya və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin baxışınca İran müzakirə masasına qayıtmalıdır. Lakin İranın heç vaxt tərk etmədiyi yerə qayıtması mümkündürmü? Halbuki həmin yeri məhv ediblər”, – deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər