17 C
Baku
Friday, May 24, 2024

İranın ixracı sanksiyalara rəğmən 35 mlrd. dollara çatıb

21 mart 2020-ci il – 21 mart 2021-ci il tarixləri aralığında İranın məhsul ixracının həcmi (neft istisna) 34,9 mlrd. ABŞ dolları təşkil edib.

“Anadolu” agentliyi verdiyi məlumata görə, bu barədə İranın Gömrük İdarəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi İRNA-ya bildirib.

Onun sözlərinə görə, il ərzində İran dünyanın 143 ölkəsinə 34,998 mlrd. dollar dəyərində məhsul ixrac edib. Hesabat dövründə İran 123 ölkədən 38,892 mlrd. dollar dəyərində məhsul idxal edib.

Hesabat ilində İran mallarının lider idxalçı ölkələrin ilk beşliyinə Çin (9,77 mlrd. dollar), İraq (7,448 mlrd. dollar), Birləşmiş Ərəb Əmirlikləri (4,661 mlrd. dollar), Türkiyə (2,536 mlrd. dollar) və Əfqanıstan (2,308 mlrd. dollar) daxil olub.

Qeyd edək ki, ixracın təxminən 50%-i neft-kimya məhsulları, 20%-i dağ-mədən məhsulları, 18%-i kənd təsərrüfatı və qida məhsulları, 10%-i sənaye və əl işi məhsullarıdır. İrana məhsul ixracı üzrə lider ölkələrin ilk üçlüyünə Çin (9,843 mlrd. dollar), Birləşmiş Ərəb Əmirlikləri (9,757 mlrd. dollar) və Türkiyə (4,400 mlrd dollar) daxil olub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər