10 C
Baku
Thursday, December 12, 2024

İranın kəşfiyyat naziri baş verən son hadisələrdə 3 ölkəni ittiham edib

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib Khamenei.ir-ə verdiyi müsahibədə ölkədə baş verən son hadisələri dəyərləndirib.

Banker.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, Xətib İranda baş verən son hadisələrdə İsrail, Böyük Britaniya və Səudiyyə Ərəbistanını ittiham edib:

“Aydın idi ki, son hadisələrin idarə edilməsində sionist rejimin (İsraili nəzərdə tutur), təbliğat aparmaqda Böyük Britaniyanın, maliyyələşdirmədə isə Səudiyyə Ərəbistanının əli var. Degenerasiyaya uğramış Berlin şousunda reklam və çəkiliş üçün avadanlıqların icarəsi, jurnalistlərin iştirakı və ərzaq paylamaq üçün Səudiyyə Ərəbistanının pulu şərait yaradıb.

Biz heç vaxt Böyük Britaniya kimi digər ölkələrdə terror aktlarını və güvənsizliyi dəstəkləməyəcəyik, lakin bu ölkələrdə təhlükənin qarşısını almaq öhdəliyimiz olmayacaq. Böyük Britaniya böyük İran ölkəsini güvənsiz etmək üçün etdiklərinin bədəlini ödəyəcək” – deyə, nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər