12 C
Baku
Wednesday, April 24, 2024

İranın keçmiş vitse-prezidenti azadlıqdan məhrum edilib

İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşai 6 il yarım azadlıqdan məhrum edilib.

Banker.az “Report”a istinadən xəbər verir ki, məhkəmə cəzanın 5 ilini ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı fəaliyyətə görə təyin edib.

Sabiq vitse-prezident açıqlanmayan daha iki ittiham üzrə isə bir il və altı ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, həmin ittiham üzrə İranın eks-prezidenti Mahmud Əhmədinejatın mətbuat və ictimai əlaqələr üzrə müşaviri Əliəkbər Cavanfekr 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İsfəndiyar Rəhim Məşai 2005-2013-cü illərdə prezidentin müşaviri və vitse-prezident vəzifələrini tutub. O, 2018-ci ilin martında Mahmud Əhmədinejatın tərəfdarı Həmid Bakainin müdafiə etidiy üçün tutulub. H.Bakai dövlət əmlakının xərclənməsində sui-istifadəyə yol verdiyi üçün 15 il azadlıqdan məhrum olunub. Sentyabrın 11-də onun həbs müddəti daha 6 ay artırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər