İranın Mərkəzi Bankına geniş kiberhücum olub.
Bu barədə İranın telekommunikasiya infrastruktur şirkəti məlumat verib.
Bildirilib ki, Mərkəzi Banka edilən kütləvi kiberhücumun qarşısı alınıb: “Ötən gecə Mərkəzi Bank, Yes və Rubika platformaları Paylanmış Xidmətdən İmtina (DDoS) hücumlarına məruz qalıb və qarşısı alınıb”.
Qeyd olunub ki, bu günlərdə xarici hücumların ən böyük həcmi banklara və maliyyə qurumlarına, internet provayderlərinə və kommunikasiya infrastrukturlarına qarşı olub və hücumlar dəf edilib.