25 C
Baku
Friday, April 19, 2024

İranın  Mərkəzi bankının TOP-meneceri spekulyasiyaya görə həbs olundu

İranın Mərkəzi Bankın menecerləri  valyuta mübadiləsi bazarında spekulyasiyaya görə həbs olunublar.

İran Mərkəzi Bankının Xarici Ticarət Təşkilatının sədr müavini Əhməd Aragçi valyuta bazarında spekulyasiya ittihamı ilə həbs olunub. Bu barədə məlumatı İran İslam Respublikasının ədliyyə rəsmisi Qholam Hossein Mohseni Ezhzhey bildirib.

Aragçadan əlavə olaraq eyni ittihamlarla daha dörd nəfər həbs olunub. Mərkəzi Bankın rəhbəri Abdolmazer Hemmati şənbə günü Aragçini vəzifəsindən uzaqlaşdırıb.

İranda bu bahar, milli valyuta dəyərinin azalması ilə əlaqədar bir valyuta böhranı ortaya çıxıb. Son günlərdə,qara bazarda  İran rialının məzənnəsi bir ABŞ dolları üçün record həddə şataraq 120 min rial təşkil edib, may ayı sonunda isə bu göstərici bir dollar üçün 65 min rial təşkil edirdi. Bu, ölkədə inflyasiyanı və istehlak mallarının və yanacağın qiymətlərini yüksəlməsinə səbəb oldu.

Keçən həftə İsfahan şəhərində yüksələn qiymətlərə və işsizliyə  qarşı hökumət əleyhinə etirazlar başlayıb.

Son xəbərlər
Digər xəbərlər