İran milli valyuta olan rialdan 4 sıfırı atmağa (`0000) , yəni denominasiya edilməsinə qərar verib.
Bu gün İranın Nazirlər Kabinetinin iclasında İranın milli valyutasından 4 sıfırın atılması ilə bağlı qərar təsdiqlənib.
İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himmətinin bu haqda dəqiq açıqlama verəcəyi gözlənilir.
Oxşar yazı: Denominasiya nədir
Qeyd edək ki, İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himməti bundan öncə milli valyutadan 4 sıfırın atılması ilə bağlı layihənin Nazirlər Kabinetinə təqdim edildiyini bildirmişdi. Layihəyə əsasən, İran rialından 4 sıfır atılacaq, hazırki 10 min rial 1 tümən olacaq, 1 tümən də yeni tədavülə buraxılacaq 100 riallıq əskinaslara uyğun olacaq.
Hazırda İranda rəsmi məzənnəyə əsasən, 1 dollar 42 min rialdır, qara bazarda isə 1 dolların qiyməti 119-122 min rial arasında dəyişir.