İranın neft anbarlarında cəmi 22 günə kifayət edəcək boş yer qalıb

İranda neft anbarlarında boş yer sürətlə azalır və cəmi 22 gün ərzində onların tam dolması mümkündür. Bu barədə Bloomberg Kpler şirkətinin məlumatlarına istinadən xəbər verir.

Kpler ekspertləri hesab edir ki, ixrac imkanlarının məhdudlaşması səbəbindən Tehran may ayının ortalarınadək gündəlik neft hasilatını əlavə olaraq 1,5 milyon barel azalda bilər.

İrandan xam neft ixracı aprelin əvvəlindən, ABŞ-nin İran limanlarına dəniz blokadası tətbiq etməsindən sonra kəskin azalıb. Son vaxtlar İran neftinin ixracı gündə təxminən 567 min barelə düşüb. Mart ayında isə bu göstərici təxminən 1,85 milyon barel/gün təşkil edirdi. Bununla belə, Kpler qeyd edir ki, mövcud vəziyyətə baxmayaraq, İran hakimiyyəti maliyyə çətinliklərini yalnız üç-dörd ay sonra hiss edə bilər.

Goldman Sachs-ın məlumatına görə, İran artıq gündəlik neft hasilatını 2,5 milyon barel azaldıb. Bundan əlavə, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ-də fəaliyyət göstərən şirkətlər də hasilatı azaltmağa başlayıblar.

Son xəbərlər
Digər xəbərlər