İranın neft ixracı sutkada 500 min bareldən aşağı düşüb

0
Foto: Ali Mohammadi / Bloomberg

May ayında İranın neft ixracı həcmi ABŞ sanksiyalarının təsiri altında sutkada 500 min bareldən aşağı düşüb.

 TASS-a istinadən, bu barədə cümə günü neft sahəsindəki mənbələrə və dünya tanker dəniz daşımaları statistikasına istinadən “Reuters” məlumat yayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Mənbələrin məlumatına görə, bu ay İranın neft ixracı həcmi sutkada 250 – 500 min barel arasında dəyişir. Eyni zamanda, “Refinitiv Eikon” analitik şirkətinin məlumatına görə, mayda İranın neft ixracatı həcmi sutkada 250 min barel, neft və kondensantın ümumi tədarük həcmi isə sutkada təqribən 400 min barel təşkil edəcək.

“Çatdırılma məntəqələri, başlıca olaraq, Hindistan və Çindir”, – deyə “Reuters” neft sahəsindəki mənbələrdən birinin sözlərini sitat gətirir.

Daha nə Avropaya, nə də Türkiyəyə“, – deyə o tədarük istiqamətlərini nəzərdə tutaraq bildirib.

Report