8 C
Baku
Monday, November 18, 2024

İranın nüvə danışıqları dayandırılıb

İran və dünya gücləri arasında 2015-ci il nüvə razılaşmasının dirçəldilməsi ilə bağlı yekun mətn “əslində hazırdır və müzakirə olunur”, lakin “xarici amillərə görə danışıqlarda fasiləyə ehtiyac var”.

Banker.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Josep Borrell cümə günü öz tvitterində deyib.

“Koordinator olaraq mən komandamla birlikdə mövcud vəziyyəti aradan qaldırmaq və razılaşmanı bağlamaq üçün bütün Birgə Hərtərəfli Fəaliyyət Planı iştirakçıları və ABŞ ilə əlaqə saxlamağa davam edəcəyəm” – deyə Borrell tiitter hesabında yazır.

Bu tivtdən sonra dünya birjalarında Brentin qiyməti yenidən 113.33 dollara qədər bahalaşıb.

Adının çəkilməsini istəməyən İran rəsmisi martın 7-də demişdi ki, Vyanada davam edən nüvə sazişi danışıqlarında Rusiyanın irəli sürdüyü tələblər “konstruktiv deyil”.

Təsnim agentliyinin verdiyi xəbərdə deyilir ki, Rusiyanın “müdaxiləsi” onun öz maraqları ilə bağlıdır.

Moskva bu danışıqlarda ABŞ-dan onun üzərinə Ukrayna müharibəsinə görə qoyulmuş sanksiyaların qaldırılmasını tələb edib.

Sabiq prezident Donald Tramp 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada Tehranla nüvə razılaşmasından çıxarıb. Bununla da İran üzərinə neft ixracı da daxil sanksiyalar bərpa edilib.

Hazırda ABŞ bu sazişin dirçəldilməsi üçün danışıqlara qayıdıb və İranla Avropa İttifaqının vasitəçiliyi ilə dialoqdadır ki, dünya bazarında Rusiya neftini əvəzləyən bir resurs tapılsın. Çünkü hazırda qiymətlər 10-11 ilin maksimumundadır.

Son xəbərlər
Digər xəbərlər