16 C
Baku
Sunday, May 19, 2024

“İranın nüvə razılaşmasından imtinası onun beynəlxalq təcridi ilə nəticələnəcək”

“İran nüvə razılaşmasını indi imzalamalıdır. Sizin üçün bundan yaxşı şərait olmayacaq”.

Bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel “The Financial Times”də dərc olunan məqaləsində bildirib.

“Qərb maksimum çeviklik nümayiş etdirib və İran daha əlverişli şərtlər almayacaq”, – o vurğulayıb.

Ali nümayəndə qeyd edib ki, razılaşmadan imtina nüvə böhranı riskini əhəmiyyətli dərəcədə artıracaq, eləcə də İranın və vətəndaşlarının beynəlxalq təcridi ilə nəticələnəcək.

Bir müddət əvvəl nüvə məsələsi üzrə “altılıq” və Avropa İttifaqı ilə danışıqlarda İran nümayəndə heyətinin başçısı Əli Baqiri-Qəni öz təkliflərinin olduğunu bildirimişdi.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər