20 C
Baku
Sunday, May 12, 2024

İranın özəl bankı SWIFT-ə qoşuldu

İranın özəl Iran’s Day Bank bankı banklararası tranzaksiyalar üçün beynəlxalq sistem olan SWIFT-lə işləməyə başladığını elan etdi. Bu haqda məlumatı Iran News qəzeti vermişdir.

Bankın icraçı direktoru bildirmişdir: “Iran’s Day Bank-ın SWIFT sisteminə qoşulması sanksiyalar fonunda uzun müddətli işin nəticəsidir. Bildiyimiz kimi bu sanksiyalar əcnəbi bankların İranla maliyyə əməliyyatlarının qadağan edilməsini əhatə edirdi.

SWIFT 2012-ci ilin əvvəlində Aİ-nın sanksiyalarına müvafiq olaraq İranın maliyyə təşkilatlarına xidməti dayandırmışdır. Nəticədə 30 İran bankı bu beynəlxaql sistemdən istifadəni dayandırmalı olmuş və dünya bank sistemindən uzaq düşmüşdülər.

SWIFT cari ilin aprel ayında ölkədə sistemin yenidən işə başlaması ilə bağlı Tehranda bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirmişdi. Iran’s Day Bank-ı ölkənin beynəlxalq sistemə qayıdan ilk bankı oldu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər