3 C
Baku
Bazar, Noyabr 28, 2021

İranın xarici işlər naziri Bakıya gəlir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian yaxın günlərdə Azərbaycana gələcək.

“Mehr” agentliyi xəbər verir ki, nazir Bakı ilə yanaşı, İrəvana da səfər edəcək.

“Yeni İran hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biri qonşularını, o cümlədən şimal qonşularını diqqət mərkəzində saxlamaqdır. Azərbaycanla Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan birinə qarşı çalışa bilmərik. İranın xarici siyasəti balanslaşdırılıb”.

İranın xarici işlər naziri səfərin dəqiq tarixi və müzakirə olunacaq məsələlər barədə məlumat verməyib.

Mənbə:Modern
Son xəbərlər
Oxşar xəbərlər
X