14 C
Baku
Saturday, April 27, 2024

İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib

ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verib və nazir BMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında iştirak üçün Nyu-Yorka gedib.

Bu barədə TASS-a İranın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat katibi Əlirza Mirusefi bildirib.

“Bəli, o, vizanı alıb və artıq Nyu-Yorka gəlib”, – diplomat deyib.

Bildirilirdi ki, Birləşmiş Ştatlar Zərif əleyhinə sanksiyalar tətbiq edəcək. Lakin sonra KİV qeyd edib ki, rəsmi Vaşinqton naziri müvəqqəti olaraq sanksiya siyahısına daxil etməmək barədə qərar qəbul edib.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman körfəzində tankerlərlə bağlı insidenti şübhəli hal adlandırıb.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər