İranın xarici işlər naziri Abbas Araqçi Moskvaya səfər edib. Səfər çərçivəsində o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Bildirilir ki, İran nazirini hava limanında İranın Rusiyadakı səfiri Kazem Cəlali qarşılayıb. Cəlali bildirib ki, Abbas Araqçi və Sergey Lavrov regional və beynəlxalq gündəlik, təhlükəsizlik məsələləri, həmçinin BMT xətti üzrə əməkdaşlığı müzakirə edəcəklər. Rusiya Xarici İşlər Nazirliyi isə tərəflərin İranın nüvə proqramını da gündəmə gətirəcəyini açıqlayıb.
Bundan bir gün əvvəl Sergey Lavrov Moskva ilə Tehran arasında münasibətlərin inkişafını Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biri adlandırıb. Onun sözlərinə görə, tərəflərin “ciddi ikitərəfli planları” var. Bunlara “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi, eləcə də BRİKS, ŞƏT və Aİİ çərçivəsində əməkdaşlıq perspektivləri daxildir.








