20:44 – İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəlib.
Bu barədə nazirin “Telegram” kanalında məlumat yayılıb.
Qeyd edək ki, səfər çərçivəsində Abbas Araqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.
20:43 – Bu gün İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək iranlı nazir qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edəcək.
Azərbaycan Respublikasının xarici işlər nazirinin dəvəti ilə həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.







