13 C
Baku
Wednesday, April 17, 2024

İranın XİN başçısı ilə görüşən Azərbaycandakı səfir nazirə hesabat verib

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb.

Bu barədə İran Xarici İşlər Nazirliyi xəbər yayır.

Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.

Görüşdə Hüseyn Əmirabdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər