“İranın xarici siyasəti 2015-ci il nüvə razılaşması ilə məhdudlaşmayacaq”.
Bunu İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“Xarici siyasətimiz nüvə sazişi ilə məhdudlaşmayacaq. Dünya ilə qarşılıqlı əlaqəmiz olacaq”, – Rəisi prezident seçkilərindən sonra mətbuat üçün ilk açıqlamasında bildirib.
“Biz İran xalqının maraqlarını nüvə anlaşmasına bağlamayacağıq”, – o daha sonra əlavə edib.