İranın yeni prezidentinin vəzifəsinin icrasına başlayacağı tarix məlum olub

İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminin keçiriləcəyi tarix məlum olub.

Bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhanin səlahiyyət müddəti avqustun 3-də başa çatacaq və həmin gün İbrahim Rəisi and içərək vəzifəsinin icrasına başlayacaq.

Ə.Nikzad deyib ki, mərasimdə yerli və xarici qonaqlar da iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.

Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.