-1 C
Baku
Sunday, December 15, 2024

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş oktyabrın 6-da Azərbaycana səfər edəcək.

İki günlük səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.

Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.

Bəzrpaşın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, habelə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə də görüşü nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər