20 C
Baku
Saturday, September 28, 2024

İranla Aİ sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyətini müzakirə edib

İran xarici işlər nazirinin müavini Əli Bağeri Kəni Cenevrədə Aİ-nin xarici fəaliyyət xidmətinin baş katibinin müavini və sanksiyaların ləğvi üzrə danışıqların koordinatoru Enrike Mora ilə görüşüb.

Bu barədə iranlı diplomat “X” hesabında paylaşım edib.

“Görüşdə mühüm regional və beynəlxalq hadisələr, xüsusən də Qəzzada dramatik humanitar vəziyyət haqqında fikir mübadiləsi apardıq. Həmçinin, sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyətini müzakirə etdik”, – o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər