23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

İranla Azərbaycan arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır

Screen Shot 2021 09 02 at 14.34.20

“İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır”.

Bunu EKO 2022 Turizm paytaxtları tədbirinin icraçı katibi Əli Mahfruzi açıqlamasında deyib.

nun sözlərinə görə, hazırda üzərində iş aparılan önəmli məsələlərdən biri İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planıdır: “Bu plan haqqında gələn il İranın Sari şəhərində keçirilməsi nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm paytaxtlarının iclasında bu haqda Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq”.

O qeyd edib ki, plana əsasən iki ölkə arasında turistlərin istifadəsi üçün səyahət gəmilərinin açılması nəzərdə tutulur: “Düşünürəm ki, bu plan Azərbaycan tərəfindən alqışalanacaq. Çünki bu iş iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək“.

EKO 2022 turizm tədbiri haqqında danışan Ə.Mahfruzi deyib ki, 2019-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iclasında üzv ölkələrin Turizm paytaxtlarının ilk tədbirinin 2022-ci ildə Mazandaran əyalətinin Sari şəhərində keçirilməsi haqqında razılıq əldə olunub.

İƏT-ə üzv ölkələrin turizm nazirləri və bu ölkələrdən olan incəsənət xadimləri gələn ilin oktyabrında İƏT Turizm paytaxtları tədbirində iştirak edəcək.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər