İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfiri İrəc Məscidini çağıraraq bazar günü gecə İraqın Ərbil şəhərinə raket hücumu ilə bağlı etiraz notası təqdim edib.
Bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf bildirib.
“Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağırıb və ona Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin etirazını bildirib”, – deyə o vurğulayıb.