Çin ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş yeni sanksiyalarına münasibət bildirib.
Banker.az Report-a istinadən xəbər verir ki, rəsmi Pekinin mövqeyini Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq açıqlayıb.
O bildirib ki, İranla qanuni ticarətə hörmət edilməlidir. Çin rəsmisi sanksiyalardan təəssüfləndiyini də deyib.
Bununla belə, H.Çunyinq ölkəsinin İrana qarşı tətbiq edilən sanksiyalarından azad edilməsi ilə bağlı məsələyə münasibət bildirməyib.