8 C
Baku
Sunday, November 17, 2024

İranla Suriya razılığa gəldi

İran İslam Respublikası və Suriya Ərəb Respublikasının yüksək səviyyəli nümayəndələri cümə günü iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin aktivləşdirilməsi üçün birbaşa uçuşların artırılması, həmçinin gəmiçilik marşrutunun açılması barədə razılığa gəliblər.

Bununla bağlı “Tasnim” nəşri məlumat yayıb.

Suriyanın paytaxtı Dəməşqə iki günlük səfər zamanı İran prezidenti İbrahim Rəisi ilə birlikdə olan yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş İran-Suriya İnkişaf Mərkəzində iranlı sahibkarlarla danışıqlar aparıb. O, görüş zamanı bildirib ki, iki ölkə iranlı iş adamlarının Suriyada üzləşdiyi ticarət maneələrinin aradan qaldırılması imkanlarını öyrəniblər.

Görüşdə müzakirə olunan əsas mövzular İran və Suriya arasında müntəzəm hava əlaqəsinin olmaması, malların idxal və ixracının planlaşdırılması, həmçinin Tehran və Dəməşq arasında həftəlik müntəzəm uçuşların zəruriliyi olub.

Son xəbərlər
Digər xəbərlər