14 C
Baku
Saturday, April 27, 2024

İranlı nazir: Donald Tramp “hədə” ilə neftin qiymətini aşağı salacağına inanır

ABŞ Prezidenti Donald Tramp digər ölkələri hədələyərək neftin qiymətini aşağı sala biləcəyinə inanır.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə Tehranda keçirilən IV Neft və Enerji konfransında deyib. Nazir deyib ki, neft bazarında hələ də tədarük çatışmazlığı var və qiymətin aşağı düşməsi üçün ABŞ İrana qarşı sanksiyalardan imtina etməlidir.

“Neftin qiyməti təchizat təzyiqi ilə əlaqədar yüksəlir və bunu sözlərlə həll etmək olmaz. D.Tramp digər ölkələri hədələyərək neftin qiymətini aşağı sala biləcəyinə inanır”, – deyə o bildirib.

Ekspertlərin fikrincə, İrana qarşı sanksiyaları tədarüklə bağlı narahatlıqları artırır, eləcə də qlobal iqtisadiyyatın daralacağına dair gözləntilər də neftin qiymətinə təzyiq göstərməyə davam edir.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər