26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

İranlı rəsmi: “Xudafərin gömrüyünün yenidən açılması azad edilmiş ərazilərin bərpasında iştirak üçün vacibdir”

Screen Shot 2021 09 02 at 14.34.20

“Xudafərin gömrüyünün yenidən açılması Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək üçün bu ölkəyə gediş-gəlişin sadələşdirilməsi baxımından vacibdir”.

Bunu Şərqi Azərbaycan valisinin iqtisadi koordinasiya məsələləri üzrə müavini edən Əli Cahangiri deyib.

İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasında çıxış edən Əli Cahangiri bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması ilə əlaqədar həmin gömrüyün yenidən açılması Qarabağın bərpasında iştirak edəcək İran şirkətlərinin ehtiyac duyduğu malların, avadanlıqların və texnikanın nəql edilməsində çox vacib və həlledici rol oynayacaq: “Bu baxımdan, Şərqi Azərbaycan vilayətinin İqtisadi və Maliyyə Departamentinin müvafiq nazirliklərlə və digər səlahiyyətli qurumlarla lazımi yazışmalar aparması lazımdır”.

Gömrük-keçid məntəqələrinin yaradılmasının hökumətin qərarından asılı olduğunu deyən Əli Cahangiri qeyd edib ki, buna görə, vilayət rəhbərinin imzası ilə Şərqi Azərbaycanın ərizəsi və həmçinin Azərbaycan rəsmilərinə Arazın o tayında sözügedən gömrükxananın açılması üçün lazımi imkanların yaradılması ilə bağlı müraciət edilməsi də vilayət rəhbərliyinin gündəliyindədir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər